Əlaqə Arxiv
news Image
2020.02.17
16:31
| A A A
Lənkəranda 62 yaşlı qaynaqçının ölümü ilə bağlı cinayət işi başlandı

Lənkəran şəhərində usta faciəli şəkildə dünyasını dəyişib.

Mövqe.az-ın məlumatına görə, hadisə şəhərin Qala Xiyabani küçəsi 8 ünvanında, Vaqif İsmayılova məxsus evdə baş verib. Şəhər sakini, 1958-ci il təvəllüdlü Nəhmət Məmmədov V. İsmayılova məxsus həyətdəki yarımtikilidə qaynaq işləri apararkən ehtiyatsızlıqdan yıxılıb. Ağır kəllə-beyin travması alan N.Məmmədov xəstəxanaya çatdırılsa da orada ölüb.

Faktla bağlı Lənkəran şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci( ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Sizin Reklam Yeriniz