Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 100 m² olan 3 otaqlı mənzilin mətbəxinin və eyvanının yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a məlumat verilib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.