Sumqayıtda zibil qutusunda yeni doğulmuş körpənin meyiti tapıldı
Sumqayıt şəhərində sakinlər zibil qutusunda yeni doğulmuş körpənin meyitinin olduğunu görüblər.
Mövqe.az-ın məlumatına görə, hadisə şəhərin 2-ci mikrorayonunda qeydə alınıb.
Bununla bağlı polisə məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.