Əlaqə Arxiv
news Image
2020.03.09
10:20
| A A A
Biləsuvarda akkumlyator oğurlayan dəstə saxlanılıb

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı rayonlarda yük avtomobillərindən akkumlyatorları oğurlayan dəstə saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Mövqe.az-a verilən məlumata görə, Biləsuvar rayonun Xırmandalı kənd sakini Y.Teymurov polisə müraciət edərək ona məxsus “Kamaz” markalı avtomaşından ümumi dəyəri 560 manat olan 2 ədəd akkumlyatorun oğurlandığını bildirib.

Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Lənkəran şəhər sakinləri, əvvəllər məhkum olunmuş Samit Abdullayev və qardaşı Samir Rəhimov, Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Ağayev olduqları məlum olub. Bundan başqa onların Cəlilabad və Salyan rayonlarında daha 3 yük avtomobilindən və bir traktordan ümumilikdə dəyəri 3320 manat olan akkumlyator oğurladıqları da müəyyən edilib.

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxslər Bakı şəhərində kirayə götürdükləri avtomobillə adıçəkilən rayonlara gedərək gecə saatlarında avtomaşınlardan akkumlyatorları götürərək paytaxt ərazisində satıblar.

Hazırda onların digər bu kimi oğurluqlarda iştirakının olub-olmadığı araşdırılır.

Sizin Reklam Yeriniz