Əlaqə Arxiv
news Image
2020.03.14
16:56
| A A A
Narkotik satan Bakı sakini saxlanılıb

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini V.Quliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbii nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini V.Quliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 123 qramdan artıq tiryək, 75 qrama yaxın həşiş, 14 qrama yaxın heroin, 18 qrama yaxın metamfetamin, həmçinin metadon həbləri və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun Cinayət Məcəlləsinin 206, 234 və 240-cı maddələri ilə axtarışda olması da müəyyən edilib.

Sizin Reklam Yeriniz