Əlaqə Arxiv
news Image
2020.04.09
15:30
| A A A
Şəmkir Polis Şöbəsində yeni təyinat olub

Şəmkir rayon Polis Şöbəsinin Cinayət-Axtarış bölməsinə yeni rəis təyin olunub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bu barədə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən polis kapitanı Vüqar Qabil oğlu Qarayev Şəmkir rayon Polis Şöbəsinin Cinayət-Axtarış bölməsinin rəisi təyin olunub.

Qeyd edək ki, V.Qarayev bundan əvvəl Gəncə şəhər Nizami rayon Polis İdarəsinin Cinayət-Axtarış bölməsinin baş əməliyyat müvəkkili olub.

Sizin Reklam Yeriniz