Əlaqə Arxiv
news Image
2020.04.13
16:07
| A A A
DİN Şabranda iki nəfərin qətli ilə bağlı məlumat yaydı

Şabran rayonunda münaqişə zəminində tüfəngdən açdığı atəşlə iki nəfəri qətlə yetirən N.İslamov polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, aprelin 11-də Şabran rayonunun Zeyvə kəndində İstək Mahmudovanın və oğlu Məhəbbət Məmmədovun yaşadıqları evin həyətində qətlə yetirilmələri barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə qətlin münaqişə zəminində rayon sakini, əvvəllər məhkum olunmuş N.İslamov tərəfindən tüfəngdən açılmış atəşlə törədilməsi müəyyən edilib. Hadisə yerindən qundağı və lüləsi kəsilmiş ov tüfəngi götürülüb.

Qəsdən adam öldürməkdə şübhəli bilinən N.İslamov polis əməkdaşları tərəfindən saxlanılıb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Sizin Reklam Yeriniz