Əlaqə Arxiv
news Image
2020.04.14
11:46
| A A A
Türkiyəli siyasətçi koronavirusun qurbanı oldu
Türkiyəli siyasətçi, Müstəqil Türkiyə Partiyasının sədri Heydər Baş koronavirusdan həyatını itirib. Trend-in məlumatına görə, 73 yaşlı H.Baş 5 gün idi ki, reanimasiyada müalicə olunurdu. Onunla birlikdə ailə üzvləri də Trabzonda xəstəxanada müalicə olunur. Qeyd edək ki, H.Başın ailəsinin 8 üzvündə koronavirus aşkar edilmişdi.
Sizin Reklam Yeriniz