Əlaqə Arxiv
news Image
2020.04.16
12:15
| A A A
Bakıda avtomobil müğənnini vuraraq öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Bu barədə Mövqe.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, hadisə Binəqədi rayonunun C.Xəndan küçəsində qeydə alınıb.

Göyçay rayon sakini Sabit Salmanovun idarə etdiyi "Opel" markalı avtomobil yolu keçən Müşərrəf Verdiyevanı vurub. Qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Xatırladaq ki, hadisə zamanı dünyasını dəyişən M.Verdiyeva müğənni idi.

Sizin Reklam Yeriniz