Əlaqə Arxiv
news Image
2020.04.18
19:39
| A A A
Avtomobil qaçıran Xırdalan sakinləri saxlanıldı

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Xırdalan şəhər sakinləri E.İbadov və qardaşı saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, aprelin 17-nə keçən gecə Hökməli qəsəbəsi ərazisindən qəsəbə sakini M.Qarayevə məxsus “Mercedes” markalı avtomobilin qaçırılması barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılmışdır. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Xırdalan şəhər sakinləri E.İbadov və qardaşı NBPİ Biləcəri XPŞ-nin Keşlə Xətt Polis Məntəqəsi və Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən avtomobillə birgə saxlanılıblar.

Araşdırma aparılır.

Sizin Reklam Yeriniz