Əlaqə Arxiv
news Image
2020.04.23
22:44
| A A A
Bakıda iki avtomobil toqquşub: Ölənlər var

Nizami rayonu B.Çobanzadə küçəsində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, aprelin 22-də saat 7 radələrində paytaxtın Nizami rayonu B.Çobanzadə küçəsində Bakı şəhər sakinləri Orxan İbrahimovun idarə etdiyi “VAZ-2106” və E.Məmmədovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub. Nəticədə O.İbrahimov və sərnişinlərindən Məzahir Əhmədov hadisə yerində ölüb, digər sərnişinləri, habelə E.Məmmədov xəstəxanaya yerləşdiriliblər.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

Sizin Reklam Yeriniz