Əlaqə Arxiv
news Image
2020.04.28
12:50
| A A A
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru dünyasını dəyişdi
Xəbərlərin axtarışı... ƏSAS SƏHİFƏ XƏBƏR LENTİ RƏSMİ XRONİKA PREZİDENT. MÜSTƏQİLLİK. TƏHLÜKƏSİZLİK. RİFAH SİYASƏT CƏMİYYƏT GÜNDƏM İQTİSADİYYAT DÜNYA XƏBƏRLƏRİ HADİSƏ İDMAN MƏDƏNİYYƏT HAVA PUL BİLETLƏR AZ Əsas səhifə Cəmiyyət Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru dünyasını dəyişdi CƏMİYYƏT 28 Aprel 2020 12:41 (UTC+04:00) Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru dünyasını dəyişdi Bakı. İlhamə İsabalayeva - Trend: Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətləri olan görkəmli alim, Əməkdar elm xadimi, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlişir Musayev 70 yaşında vəfat edib. Trend-in məlumatına görə, Əlişir Musayev 1949-cu ildə Gürcüstanın Başkeçid rayonunun Qızılkilsə kəndində anadan olmuşdur. O, 1978-ci ildə Azərbaycan Elmi-Tədqiqat Kurortologiya və Fizioterapiya İnstitutunda kiçik elmi işçi, daha sonra isə baş elmi işçi vəzifələrində çalışmışdır. 1988-ci ildə Elmi-Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutunda elmi işlər üzrə direktor müavini, 1993-cü ildə isə direktor vəzifəsinə təyin edilmişdir. Alim 1994-cü ildən Azərbaycan Tibb Universitetinin Fizioterapiya və kurortologiya kursuna, 2011-ci ildən Fizioterapiya və idman təbabəti kafedrasına rəhbərlik etmişdir. Professor Ə.Musayevin elmi fəaliyyətinin əsas istiqamətləri sinir sisteminin müxtəlif xəstəlikləri zamanı fiziki amillərin orqanizmə müalicəvi təsirinin neyrofizioloji əsaslarının öyrənilməsinə həsr olunmuşdur. Onun rəhbərliyi altında yerinə yetirilmiş nevrologiya və kurortologiyanın ən aktual problemlərinin həllinə yönəldilmiş elmi işlərin nəticələri əsasında mərkəzi və periferik sinir sistemi xəstəliklərinin yeni müalicə üsulları yaradılmış və reabilitasiya proqramı işlənib hazırlanmışdır. Alim baş və onurğa beyinin damar patologiyalarının fiziki amillərlə yeni müalicə üsullarının və reabilitasiya prinsiplərinin ən aktual problemlərinin həllinə yönələn və beynəlxalq səviyyədə qəbul edilən elmi işlərin müəllifi idi. O, bu patologiyalar zamanı orqanizmin pozulmuş hərəki funksiyalarının bərpa mexanizmlərini aktivləşdirmək üçün obyektiv neyrofizioloji tədqiqatlara əsaslanan elmi konsepsiya irəli sürmüşdür. Ə.Musayevin rəhbərliyi altında Rusiya Elmlər Akademiyası və AMEA-nın institutları ilə birgə ölkəmizin təbii müalicəvi amillərinin, xüsusilə Naftalan neftinin, müalicəvi palçıqların, mineral suların öyrənilməsinə yönəldilmiş genişmiqyaslı tədqiqatlar aparılmışdır. Alimin rəhbərlik etdiyi institutun əməkdaşları Naftalan nefti əsasında yeni müalicə preparatı - Naftalan dimeksid emulsiyasını (Avrasiya patenti) yaratmışdırlar. Alim Rusiya Tibb Elmləri Akademiyasının fəxri doktoru, Gürcüstan Profilaktik Təbabət və Ekologiya Akademiyasının həqiqi üzvü, Avropa Təbiət Elmləri Akademiyasının akademiki, Türk Dünyası Elmlər Akademiyasının akademiki, Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, Ümumdünya və Avropa Nevroloqlar Assosasiyalarının üzvü idi. Onun elmi araşdırmalarının nəticələri 500-ə yaxın elmi əsərdə, o cümlədən 2 monoqrafiya, sinir sisteminin yeni müalicə və reabilitasiya üsullarını təklif edən 13 ixtira və patentdə, 8 səmərələşdirici təklifdə, təbabətdə tətbiq olunan 15 metodik tövsiyəsində öz əksini tapmışdır. Ə.Musayev "Ümumi fizioterapiya" dərsliyinin və Türkiyədə həkimlər üçün nəşr olunmuş "Manual terapiya" tədris vəsaitinin müəllifi idi. Həmçinin Azərbaycan Milli Ensiklopediyasında "Kurortologiya" bölməsinin müəllifi idi.
Sizin Reklam Yeriniz