Əlaqə Arxiv
news Image
2020.04.29
21:59
| A A A
Abşeronda 19 yaşlı gənc itkin düşüb

Abşeron rayonunda gənc oğlan bir neçə gün əvvəl yoxa çıxıb.

Mövqe.az xəbər verir ki, Xırdalan şəhəri, Quşçuluq Y/M, 9-cu küç, ev 22 ünvanında yaşayan 2001-ci il təvəllüdlü Abdıyev Amin Ramin oğlu aprelin 25-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

On doqquz yaşlı gənc evdən çıxarkən əynində idman dəsti, qısaqol köynək və qırmızı idman ayaqqabısı olub. Yaxınları onun itkin düşməsi ilə bağlı Abşeron Rayon Polis İdarəsinə müraciət ediblər.

A.Abdıyevi görənlərdən aşağıdakı nömrələrə zəng etmələri xahiş olunur: (055) 792-06-06, (070) 618-15-48

Sizin Reklam Yeriniz