Əlaqə Arxiv
news Image
2020.04.30
13:25
| A A A
Abşeronda qətlə yetirilən qadın 7 aylıq hamilə olub - YENİLƏNİB

Abşeronda baş verən qət hadisəsi iilə bağlı bəzi təfərrüat məlum olub.

Mövqe.az-ın məlumatına görə, ötən gecə Anar Bəkirovun öldürdüyü həyat yoldaşı Leyla Bəkirova 7 aylıq hamilə imiş.

Məlumata görə, A.Bəkirov qadının döş nahiyəsinə 3 dəfə bıçaq zərbəsi endirib və daha sonra onun boğazını kəsib.

Xatırladaq ki, Anar Bəkirov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub.

*** 10:35

Baş Prokurorluq Abşeronda arvadını öldürən kişinin tutulması ilə bağlı rəsmi məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib ki, ilkin araşdırmalarla aprelin 29-da saat 21 radələrində 1991-ci il təvəllüdlü Anar Bəkirovun Qobu qəsəbəsində yaşadıqları evdə qısqanclıq zəminində 1993-cü il təvəllüdlü həyat yoldaşı Leyla Bəkirovaya bıçaqla xəsarətlər yetirib qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb,

Anar Bəkirov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub.

K.Zeynalov həmçinin qeyd edib ki, hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Sizin Reklam Yeriniz