Əlaqə Arxiv
news Image
2020.04.30
15:54
| A A A
Abşeronda 20 nəfərə qarşı dələduzluq edilib

Abşeronda vətəndaşa qarşı dələduzluq edən şəxs saxlanılıb.

Mövqe.az-ın məlumatına görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat istitaq tədbirləri zamanı Xırdalan şəhərində bankamat ətrafında dələduzluq edən 35 yaşlı Ramil Mehtiyev tutulub.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs əvvəlcə bankamatdan pul və təqaüdünü çıxartmaq istəyən şəxslərə yaxınlaşaraq, kömək etmək istədiyini bildirib. Daha sonra o, cibildən digər boş kartı çıxardıb, bankamata daxil edərək pul olmadığını deyib.

Beləliklə R.Mehtiyev ümumilikdə 20 nəfərə yaxın şəxsi aldadaraq onların pulunu mənimsəyib.

Bu şəxsin əməlindən ziyan çəkən şəxslərdən xahiş olunur ki, Abşeron Rayon Polis İdarəsinə müraciət etsinlər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Sizin Reklam Yeriniz