Yaponiyada zəlzələ baş verib
Yaponiyada 4,3 bal gücündə zəlzələ baş verib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Hokkaydo prefekturasında, ocağı isə 50 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.