Əlaqə Arxiv
news Image
2020.05.15
10:10
| A A A
Bakıda dilənçi qadınlar mənzili qarət etdi

Bakıda qadınlar evdən oğurluq ediblər.

Mövqe.az-ın məlumatına görə, hadisə Xəzər rayonu, Zirə qəsəbəsi, Bakıxanov küçəsində yerləşən V.Qasımovanın evində qeydə alınıb. Naməlum şəxslər qapıdan keçməklə 1 095 manat nağd pul və 4 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Yevlax rayon sakinləri, dilənçilər, 1995-ci il təvəllüdlü Sitarə Məmmədova və 1971-ci il təvəllüdlü Nigar Bəkirova saxlanılıb.

Faktla bağlı açılan cinayət işi üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir.

Sizin Reklam Yeriniz