Sumqayıt sakinindən tapança və patronları götürülüb
Sumqayıt şəhər sakini N.Məmmədovdan nömrəsi silinmiş tapança, 5 ədəd patron və 1 ədəd patron darağı götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ 5-ci PB-nin əməkdaşları tərəfindən karantin rejimini pozduğuna görə saxlanılmış şəhər sakini, əvvəllər məhkum olunmuş N.Məmmədovdan nömrəsi silinmiş “PSM” markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı götürülüb.