“Kontakt Home”un mağazasından oğurluq edildi
Bakıda mağazada oğurluq hadisəsi baş verib.
Mövqe.az-ın xəbərinə görə, hadisə Yasamal rayon ərazisində yerləşən “Kontakt Home” mağazasında qeydə alınıb.
Belə ki, naməlum şəxs mağazadan 1 200 manat dəyərində olan bir ədəd mobil telefon oğurlayıb.
Daha sonra mağaza rəhbərliyi hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Hadisəni törədən şəxsin axtarışları davam etdirilir.