Xətaidə iki avtomobil toqquşdu, xəsarət alan var
Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Mövqe.az-ın məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.
Qəza nəticəsində 1966-cı il təvəllüdlü Elçin Ramiz oğlu Qurbanov xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin əzilməsi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.