Ordu əməliyyat keçirdi: 135 silahlı öldürüldü
Nigeriya ordusu ölkənin Zamfara və Katsina ştatlarında silahlı qruplaşmalara qarşı əməliyyat keçirib.
Axar.az xəbər verir ki, bu barədə Nigeriya Müdafiə Nazirliyinin sözçüsü Con Enenşe bildirib.
O qeyd edib ki, 3 gün ərzində 135 dəstə üzvü məhv edilib, çoxlu sayda silahlı isə yaralanıb.
Qeyd edək ki, Zamfara əyalətində 4 ildir çobanlarla əkinçilər arasında qarşıdurma yaşanır. Bu illər ərzində 2 min nəfər həyatını itirib, minlərlə insan isə evlərini tərk etməyə məcbur olub.