Mingəçevirdə "Opel" 10 nəfəri vurdu
Mingəçevirdə qadın sürücünün idarə etdiyi “Opel” markalı avtomobil qəza törədib.
Unikal.org xəbər verir ki, qəza Texniki Rezin Məmulatları zavodunun yaxınlığında baş verib. Belə ki, eyni anda 10 nəfəri vurub. Onlardan 7-nin azyaşlı olduğu bildirilir. Yaralılar xəstəxanalara yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.