Azərbaycanda sabiq nazirin anası vəfat etdi
Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, "İmproteks Şirkətlər Qrupu"nun rəhbəri Füzuli Ələkbərova ağır itki üz verib.
Mövqe.az-ın əldə etdiyi məlumata görə, onun anası vəfat edib.
F.Ələkbərovun anasının koronavirusdan dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, F.Ələkbərov 2006-2013-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində çalışıb.