Əlaqə Arxiv
news Image
2020.08.03
11:25
| A A A
Bakıda 61 yaşlı qadın yol qəzasında xəsarət aldı

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1959-cu il təvəllüdlü Balaşzadə Rəna Əliquşad qızı xəsarət alıb.

Yaralı  3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz