Əlaqə Arxiv
news Image
2020.08.03
20:31
| A A A
Kürdəmir sakinini elektrik cərəyanı vuraraq öldürüb

Kürdəmirdə bədbəxt hadisə baş verib.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, rayonun Dəyirmanlı kənd sakini, 34 yaşlı Mazakov Samir Təvəkkül oğlu öz traktorunun akkumulyatoruna enerji doldurmaq istəyərkən onu elektrik cərəyanı vurub.

Nəticədə S.Mazakov elə hadisə yerindəcə dünyasını dəyişib. Onun meyiti müayinə edilməsi üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Fakt araşdırılır.

Sizin Reklam Yeriniz