Əlaqə Arxiv
news Image
2020.08.05
14:54
| A A A
Göyçayda çətənə əkən keçmiş məhkum həbs edildi

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası və qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Axar.az-ın bölgə müxbiri xəbər verir ki, Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlər nəticəsində rayonun Qəbələ Müskürlü kənd sakini, əvvəllər məhkum olunmuş Teymur Əmircanov saxlanılıb. Onun kənd ərazisində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan xüsusi qulluq göstərilməklə yetişdirilən 30 ədəd çətənə kolu və 1 kiloqram 480 qram qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs çətənə kollarını mart ayında əkdiyini, indiyədək xüsusi aqrotexniki qayda ilə becərdiyini və qulluq etdiyini bildirib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

Sizin Reklam Yeriniz