Əlaqə Arxiv
news Image
2020.08.08
14:47
| A A A
Bakı-Sumqayıt yolunun kənarında yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində (Bakı-Sumqayıt avtomobil yolunun kənarında) yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Mövqe.az-a bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.

İlkin məlumata görə, təkər tullantıları yığılan geniş ərazidə yanğın baş verib. Görülən operativ tədbirlər nəticəsində yanğının qarşısı alınıb. Yanğın qısa müddət ərzində söndürülüb.

Sizin Reklam Yeriniz