Əlaqə Arxiv
news Image
2020.08.11
22:30
| A A A
Bakıda qadın 30 nəfəri aldadaraq pulunu aldı
Bakıda dələduzluqda təqsirləndirilən Xədicə Əhmədovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. "Report" xəbər verir ki, baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilən iş hakim Babək Pənahovun icraatındadır. Qeyd edək ki, X.Əhmədova müxtəlif vədlər verərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə vətəndaşların pulunu mənimsəməkdə təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq) maddəsi ilə ittiham verilib. İş üzrə 30 zərərçəkmiş var. Xatırladaq ki, X.Əhmədova əvvəllər də eyni əmələ görə ittiham olunub.
Sizin Reklam Yeriniz