Əlaqə Arxiv
news Image
2020.08.15
14:51
| A A A
Anasını öldürmək istəyən gəncin məhkəməsi başlayır

Abşeron rayonunda anasını öldürməyə cəhddə təqsirləndirilən Nazim Nağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Mövqe.az-ın xəbərinə görə, baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi hakim İlham Mahmudovun icraatındadır.

Qeyd edək ki, hadisə yanvarın 29-da saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yataqxanaların birində baş verib. 

1996-cı il təvəllüdlü Nazim Nağıyev şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqla anası - 1965-ci il təvəllüdlü Səlmirə Nəqiyevaya bıçaqla çoxsaylı xəsarətlər yetirib. 

Ona Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib. 

Sizin Reklam Yeriniz