Əlaqə Arxiv
news Image
2020.08.18
13:24
| A A A
Sumqayıtda faciəvi hadisə - Ölən və xəsarət alan var
Avqustun 17-də saat 10 radələrində Sumqayıt şəhəri ərazisində ağır yol qəzası baş verib. Mövqe.az xəbər verir ki, H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Taleh Əhmədovun idarə etdiyi "Dong Feng" və şəhər sakini Ə.İsmayılovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə T.Əhmədov hadisə yerində ölüb, digər sürücü isə xəstəxanaya yerləşdirilib. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
Sizin Reklam Yeriniz