Əlaqə Arxiv
news Image
2020.08.18
23:33
| A A A
Rusiya ordusunun generalı Suriyada həlak olub
APA-nın Moskva müxbirinin Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Suriyada avtomobil karvanının partladılması nəticəsində Rusiya ordusunun general-mayoru ölüb. Rusiya MN partlayış zamanı daha iki rus hərbçisinin yaralandığını açıqlayıb. Hadisə Deyr-ez-Zor yaxınlığında humanitar aksiyadan geri qayıdan zaman baş verib. Əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində partlayış olub. Adı hələlik açıqlanmayan Rusiya Silahlı Qüvvələrinin general-mayoru hadisə yerindən təcili təxliyə olunub və ona tibbi yardım göstərilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Sizin Reklam Yeriniz