Əlaqə Arxiv
news Image
2020.08.19
09:47
| A A A
Suriyanın Deyr əz-Zor şəhərindəki ABŞ hərbi bazası raket atəşinə tutulub

Suriyanın Deyr əz-Zor əyalətinin şimalında yerləşən ABŞ hərbi bazasına bir neçə raket düşüb.

Bu barədə SANA agentliyi məlumat yayıb.

Məlumata görə, amerikan qoşunları və kürd birləşmələri tərəfindən nəzarət edilən Konoko neft yatağının ərazisində yerləşən baza raket atəşinə məruz qalıb. ABŞ ordusunun sıralarında itkilər barədə məlumat verilmir.

Bu, 2015-ci ildən bəri Suriyanın Haseke, Raqqa və Deyr əz-Zor əyalətlərində qərarlaşan ABŞ-ın 12 hərbi bazalarından birinin atəşə tutulduğu ilk hadisədir. ABŞ kürdlərlə birlikdə Fərat çayının şərq sahilindəki neftli bölgələrə, xüsusən müharibədən əvvəl Suriya neftinin 80% istehsal olunduğu Əl Ömər, Tanak, Əl Cafra və Konokonun ən böyük yataqlarına nəzarət edir.

Bununla yanaşı, Dəməşq ABŞ hərbi qüvvələrinin mövcudluğuna "Suriya xalqına məxsus təbii sərvətlərin talan edilməsi ilə müşayiət olunan qanunsuz işğal" kimi baxır.

Sizin Reklam Yeriniz