Əlaqə Arxiv
news Image
2020.08.19
11:25
| A A A
İstidən həyatını itirən yaponların sayı 100-ü ötüb

 

Yaponiyanın paytaxtı Tokioda avqust ayında günvurma nəticəsində ölənlərin sayı 103 nəfərə çatıb.

"Mövqe" Tokionun hakimiyyət orqanlarına istinadla xəbər verir ki, son dörd gündə paytaxt regionunda davam edən güclü istilər nəticəsində 24 nəfər həyatını itirib.

Məhkəmə-tibb ekspertizasının bildirdiyinə görə, ölənlərin yaşı 50-dən 90-dək olub. Onlardan 10-nun 80, 9-nun isə 70 yaşı olub.

Ölənlərdən 7-si gecə saatlarında dünyasını dəyişib. İyirmi nəfər qapalı yerdə olub və onlardan 19-u kondisionerdən istifadə etməyib.

Səhiyyə orqanları əhaliyə bütün sutka ərzində kondisionerdən istifadəni və çoxlu maye qəbul etməyi tövsiyə edirlər.

 

Sizin Reklam Yeriniz