Əlaqə Arxiv
news Image
2020.08.20
15:30
| A A A
İsveçrədə şokolad yağışı yağıb
Olten şəhərində qeyri-adi hadisə

İsveçrənin Olten şəhərciyində qeyri-adi hadisə yaşanıb.

“Report” “Oltner Tagblatt”a istinadən xəbər verir ki, bir neçə gün ard-arda qəhvəyi tozdan ibarət yağış yağıb.

Məlum olub ki, bu, küləyin yaxınlıqdakı şirniyyat fabrikindən apardığı kakao paxlasının zərrələri olub.

Qeyd olunub ki, olayla əlaqədar “Lindt & Sprüngli” şirkəti məsuliyyəti öz üzərinə götürüb. Belə ki, onların nümayəndələri istehsalatda havalandırma sisteminin xarab olduğunu açıqlayıblar.

Şirkətdən bildiriblər ki, nasazlıq artıq ortadan qaldırılıb və insanlar üçün heç bir təhlükə yoxdur. Şirkət həmçinin hadisə nəticəsində kirlənən şəhər avtomobillərini də yumağı söz verib.

Sizin Reklam Yeriniz