Əlaqə Arxiv
news Image
2020.08.23
14:01
| A A A
İranda koronavirusdan daha 141 nəfər dünyasını dəyişib
İranda ötən sutka ərzində koronavirusdan 141 nəfər ölüb. Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 20 663 nəfərə yüksəlib. Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 2 113 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 358 905 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 841 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Sadat Lari əlavə edib ki, İranda indiyədək 309 464 nəfər koronavirusdan sağalıb. Sadat Lari qeyd edib ki, İranın Mazandaran, Tehran, Qum, Gülüstan, Şimali Xorasan, Ərdəbil, İsfahan, Əlborz, Rəzəvi Xorasanı, Kirman, Simnan, Şərqi Azərbaycan, Mərkəzi, Yəzd və Gilan vilayətləri qırmızı zonalar hesab olunurlar. İranda indiyədək 3,03 milyondan çox diaqnoz testi həyata keçirilib.
Sizin Reklam Yeriniz