Əlaqə Arxiv
news Image
2020.08.25
20:15
| A A A
Sərnişin maska taxmasını tələbə edən sürücüyə hücum edib (VİDEO)

Sərnişindən maskanı düzgün taxmasını tələb edən sürücü hücum edib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, 13 nömrəli marşrut xətti üzrə avtobusun sürücüsü sərnişinə qoruyucu tibbi maskadan düzgün istifadə etməyi tövsiyə edib. Sərnişin buna əməl etmədiyindən sürücü də avtobusu sürməyəcəyini bildirib. Sonda sərnişin sürücüyə qarşı güc tətbiq edərək onu vurub.

Sərnişinin şəxsiyyətinin müəyyən edilərək törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün müvafiq qurumlara müraciət olunub.

Bir daha bildiririk ki, avtobuslarda qoruyucu tibbi maskadan istifadə mütləqdir və buna əməl olunmaması inzibati məsuliyyət yaradır. Ümumi sağlamlığımızın qorunması və lüzumsuz cərimələnməmək üçün sərnişinlərimizdən bu qaydaya əməl etmələrini xahiş edirik.

Sizin Reklam Yeriniz