Əlaqə Arxiv
news Image
2020.08.27
08:22
| A A A
Yeni Zelandiyada 51 nəfəri öldürən terrorçuya hökm oxundu

Yeni Zelandiyanın Kristçurş şəhərindəki “Nur” və “Linvud” məscidlərinə silahlı hücum edərək 51 nəfəri öldürən və 48 şəxsi yaralayan Brenton Tarrantın məhkəmə prosesi başa çatıb.

Mövqe-nin xəbərinə görə, bu barədə “Yeni Zelandiya” radiostansiyası məlumat verib.

Hakim Kameron Manderin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, terrorçu ömürlük həbs cəzasına məhkum edilib.

Eyni zamanda hakim Brenton Tarrantı vaxından əvvəl azadlığa çıxmaq hüququndan da məhrum edib.

Sizin Reklam Yeriniz