Əlaqə Arxiv
news Image
2020.08.27
15:40
| A A A
Sumqayıtda fəhlə bədbəxt hadisə nəticəsində ölüb

Sumqayıtda bədbəxt hadisə ölümlə nəticələnib.

Mövqe-nin məlumatına görə, hadisə şəhərin "Yaşma bağları" yaşayış massivində qeydə alınıb. Belə ki, ərazidə aparılan tikinti zamanı betonqarışdıran maşının şlanqı yerindən çıxaraq həmin tikintidə çalışan 1967-cı il təvəllüdlü Bəylərov İlqar Məhəmməd oğlunun başına dəyib. Ağır xəsarətlər alan 53 yaşlı kişi hadisə yerində ölüb.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. 

Sizin Reklam Yeriniz