Əlaqə Arxiv
news Image
2020.08.29
16:42
| A A A
Çində hotelin çökməsi nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb
Çinin şimalındakı Şansi əyalətində ikimərtəbəli hotelin çökməsi nəticəsində həlak olanların sayı 13 nəfərə çatıb. Mövqe.az-ın məlumatına görə, daha 4 nəfər ağır xəsarət alıb. Dağıntılar altından 43 nəfəri xilas etmək mümkün olub. Qəza bölgəsində axtarış-xilasetmə işləri davam edir. Bu prosesə 700-dən çox xilasedici qoşulub. Hotelin çökməsi ilə bağlı araşdırma aparılır. İlkin ehtimallara görə, insident hotelin banket zalında baş verib.
Sizin Reklam Yeriniz