Əlaqə Arxiv
news Image
2020.09.06
11:34
| A A A
Ramiz Mehdiyevin kürəkəni azadlığa çıxdı
AMEA prezidenti Ramiz Mehdiyevin həbs edilən kürəkəni İlham Əliyev və onun qudası Rövşən Mustafayev bu gün azadlığa çıxıblar. Hər iki şəxs inzibati qaydada barələrində verilən 15 gün həbs cəzasını başa vurublar və Binəqədi İnzibati Cəzaçəkmə Məntəqəsini tərk ediblər. Qeyd edək ki, avqustun 18-də R.Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirib. Nəticədə Abşeron Rayon Məhkəməsinin qərarı ilə sabiq deputat İlhаm Əliyev və onun qudası Rövşən Mustafayevə 15 sutka müddətinə inzibati qaydada həbs cəzası verilib.
Sizin Reklam Yeriniz