Əlaqə Arxiv
news Image
2020.09.21
11:40
| A A A
Mebel salonunda bağbanı cərəyan vurub öldürdü

Sentyabrın 20-də saat 06 radələrində Yasamal rayonu ərazisində Rahman Əslanovun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Yasamal rayon prokurorluğundan Mövqe.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla Yasamal rayonunda yerləşən mebel salonunda bağban işləyən Rahman Əslanovun həmin mebel salonun elektrik otağında elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyən edilib.

Hazırda fakt üzrə Yasamal rayon prokurorluğunda araşdırma davam etdirilir.

Sizin Reklam Yeriniz