Əlaqə Arxiv
news Image
2020.10.23
10:45
| A A A
İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib
İsrail ordusunun qırıcı təyyarəli Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib. Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildiriblər. Məlumata əsasən, zərbələr daha əvvəl Qəzza zolağından İsrail ərazisinə raketlərin atılmasına cavab olaraq həyata keçirilib. Qeyd edilir ki, hava zərbələri HƏMAS-ın hərbi mövqelərinə endirilib. Xatırladaq ki, daha əvvəl Qəzza zolağından İsrail ərazisinə iki raket atılıb. Raketlərdən biri hava hücumundan müdafiə sistemi tərəfindən vurulub, digər raket isə yaşayış olmayan əraziyə düşüb.
Sizin Reklam Yeriniz