Əlaqə Arxiv
news Image
2020.10.26
13:28
| A A A
Karantini pozaraq məclis təşkil edən ev sahibi və qonaqları cərimələndi

Karantin qaydalarını pozaraq qonaqlıq məclisi təşkil edənlər məsuliyyətə cəlb olunublar.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Mövqe.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində “Covid19” pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

RPŞ-nin Qonaqkənd Polis Bölməsinin əməkdaşları rayonun Afurca kəndi ərazisində xidmət aparan zaman kənd sakini Ramin Mustafayevə məxsus evin həyətyanı sahəsində qonaqlıq məclisi təşkil edildiyini aşkarlayıblar. Məclis dərhal dayandırılıb. Ev sahibi və məclisdə iştirak edən Sumqayıt şəhər sakini olan 20 nəfər saxlanılaraq RPŞ-yə gətiriliblər. Onlarla izahedici söhbətlər aparılıb və hər biri inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Sizin Reklam Yeriniz