Əlaqə Arxiv
news Image
2020.11.03
16:50
| A A A
Düşmən Ağdama 30-a yaxın top mərmisi atdı

Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonunun kəndlərindəki mülki infrastrukturu artilleriya atəşinə tutmaqda davam edir.

Mövqe.az Report-a istinadən xəbər verir ki, düşmən tərəfindən rayonun Mirəşirli və Əhmədağalı kəndləri ərazisinə ümumilikdə 30-a yaxın top mərmisi düşüb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

Sizin Reklam Yeriniz