Əlaqə Arxiv
news Image
2020.11.11
13:23
| A A A
Yerevanda etiraz aksiyası keçirilir - Liderlər saxlanılıb

Ermənistanın paytaxtı Yerevanda ölkənin Dağlıq Qarabağ münaqişəsində kapitulyasiyası ilə əlaqədar etiraz aksiyası keçirilib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, etiraz aksiyasının qarşısının polis tərəfindən alınıb.

Qeyd olunur ki, aksiya başlamamış polislər 20-yə yaxın şəxsi saxlayıb.

Saxlananlar arasında parlamentin sabiq vitse-spikeri Eduard Şarmazanov, müxalif partiyaların nümayəndələri olub.

Müxalifət nümayəndələri baş nazir Nikol Paşinyanın üçtərəflıi bəyanatı imzalaması ilə əlaqədar etirazlarını davam etdirəcəklərini bildirib.

Sizin Reklam Yeriniz