Əlaqə Arxiv
news Image
2020.11.13
18:50
| A A A
Erməni təcavüzü: 50 məktəbə ziyan dəyib

Ermənistanın təcavüzü nəticəsində 50-dən artıq məktəbə ziyan dəyib. Onların bir qisminə əsaslı şəkildə ziyan dəyib.

Mövqe.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müharibə zamanı ermənilərin Azərbaycan vətəndaşlarına vurduqları ziyanın qiymətləndirilməsinə həsr olunan mətbuat konfransında bildirib.

“Ümumiyyətlə BMT Təhlükəsizlik Şurasının nəzdində Uşaq Hüquqları üzrə Komissiyanın fəaliyyətində hərbi əməliyyatlar zamanı uşaqlara qarşı cinayətin törədilməsində bir neçə ən ağır hallar müəyyən edilib ki, onların içində məktəb, uşaq bağçalarının hədəfə alınması və bombalanması ən ağır cinayətlər hesab edilir. Aidiyyatı beynəlxalq təşkilatlar da cəlb edilməklə bu prosesin qiymətləndirilməsi həyata keçiriləcək”, - o qeyd edib.

Sizin Reklam Yeriniz