Əlaqə Arxiv
news Image
2020.11.17
11:54
| A A A
Paşinyanı tənqid edən şəxs bıçaqlanıb

Ermənistanın “Adekvad” müxalif partiyasının üzvü, “Bloqnyuz” xəbər saytının rəhbəri Konstantin Ter-Nakalyan baş nazir Nikol Paşinyanla bağlı mövqeyinə görə mübahisə zamanı bıçaqlanıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, jurnalist küçədə iki nəfərin hücumuna məruz qalıb.

Qeyd olunur ki, mübahisə zamanı N.Paşinyanı müdafiə edən şəxslərdən biri K.Ter-Nakalyanı üzündən və ayağından yaralayıb.

Jurnalist bildirib ki, hücuma görə “vətəndaşlar arasında toqquşmaları qızışdıran” Nikol Paşinyan şəxsən məsuliyyət daşıyır.

Sizin Reklam Yeriniz