Əlaqə Arxiv
news Image
2020.11.17
14:24
| A A A
Tikdiyimiz evləri ermənilər yandırıb gedir

Ermənistanın Kəlbəcərdə törətdikləri barbarlıq və vandalizm olmaqla yanaşı, bu rayonumuza vurulan ziyana görə də beynəlxalq məhkəmə vasitəsi ilə təzminat istəniləcək.

Mövqe.az xəbər verir ki, bu fikirləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.

"27 il işğal altında olan rayonumuzda qeyri-qanuni məskunlaşan ermənilərin ərazini tərk edən zaman, hətta hamam avadanlıqlarını özləri ilə aparması onların acizliyinin və necə acınacaqlı vəziyyətdə yaşadıqlarının da göstəricisidir. Doğrayaraq Ermənistana daşıdıqları meşələrdə əksəriyyəti yüzillik qədim ağaclardır. Bu, Ermənistanın 27 il işğal altında saxladıqları bütün digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərdə də necə ekoloji soyqırım etdiyini göstərir. Yandırdıqları evlərin çoxları işğaldan əvvəl bizlərin inşa etdiyimiz tikililərdir. Bütün bunlara baxmayaraq, Azərbaycan tezliklə bərpa və quruculuq mərhələsinə qədəm qoyacaq".

Sizin Reklam Yeriniz