Əlaqə Arxiv
news Image
2020.11.22
22:00
| A A A
İsmayıllıda baş verən yanğın söndürüldü

Bu gün səhər saat 7 radələrində İsmayıllı şəhərinin kərpiczavod adlanan ərazisindəki sahibkar Ramal Səfərova məxsus taxta emalı sexində və sexə bitişik heyvandarlıq fermasında baş verən yanğın söndürülüb.

Rayon fövqəladə hallar komissiyasından Mövqe.az-a bildirilib ki, 22 kub taxtanın olduğu sexin və 30 ton otun qapalı yerlərdə olması yanğınsöndürənlərin işini son dərəcə çətinləşdirib. FHN İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin 30 nəfər şəxsi heyəti 3 yanğınsöndürən maşının köməyi ilə yanğının söndürülməsinə xeyli vaxt sərf edib. Nəhayət, axşamüstü saat 17 radələrində yanğın tam söndürülüb.

Hazırda hadisənin səbəbləri araşdırılır, habelə dəymiş zərər müəyyənləşdirilir.

Sizin Reklam Yeriniz