Əlaqə Arxiv
news Image
2020.11.25
14:00
| A A A
İŞİD Moskvada terakta cəhd etdi
Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyatlar nəticəsində Moskvada terror aktlarının qarşısı alınıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası yazıb.
Məlumata görə, Moskvada və qonşu vilayətlərdə İŞİD terror təşkilatının üzvlərinə qarşı xüsusi əməliyyatlar keçirilib. Əməliyyat nəticəsində bir neçə nəfər saxlanılıb. Saxlanılan şəxslərin evindən, müxtəlif mənzillərdən partlayıcı maddələr, sənədlər və təbliğat materialları ələ keçirilib.
Həmin şəxslərin Moskvada və ətraf bölgələrdə terror aktları keçirməyi planlaşdırdığı bildirilib.
Sizin Reklam Yeriniz